8 Avqust 2023 12:31
6 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə davamlı olaraq Cənubi Qafqazda güclənir, bölgədə zəifləyən Rusiyanı sıxışdırır”.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi ekspert Armen Petrosyan deyib.

“Türkiyə getdikcə Cənubi Qafqazda güclənir. Mövcud geosiyasi və regional reallıqlar şəraitində Türkiyə məqsədyönlü və davamlı olaraq Cənubi Qafqaz regionunda cərəyan edən proseslərə marağı və iştirakını dərinləşdirir. Bəllidir ki, Ankaranın məqsədi bölgədə obyektiv olaraq zəifləyən Rusiyanın yerini tutmaqdır. Üstəlik, bu, Rusiya ilə Qərb arasında manevrlərlə həyata keçirilir”, - ekspert bildirib.

Petrosyanın sözlərinə görə, qeyd olunanların əyani sübutu son iki ayda və dünən Türkiyədən verilən diqqətçəkən mesajlardır:

“Xarici işlər naziri Hakan Fidan ötən gün bu bölgədən danışdı. Türkiyə hökumətinin dünənki iclasının gündəminə Azərbaycan-Ermənistan əlaqələrinin nizamlanması prosesi, həmçinin gözlənilən Ərdoğan-Putin danışıqları daxil idi. Bundan əlavə, Türkiyənin iqtidaryönlü mətbuatında kifayət qədər diqqətçəkən materiallar yayımlanır, bu da heç də təsadüfi deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər