Rusiya bütün səviyyələrdə siyasi və diplomatik kanallardan istifadə edərək sülh sazişinin hazırlanmasında Bakı və İrəvana fəal şəkildə kömək edir.
Teleqraf.com-un məlumatına görə, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin (XİN) İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Zaytsev söyləyib.
Onun sözlərinə görə, sülh sazişinin hazırlanması Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli bəyanatın elementlərindən biridir: "Bakı və İrəvandan tez bir zamanda sülhə nail olmaq barədə verilən siqnallar o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdırlar. Bir sıra mürəkkəb mövzulara həll yolları tapılmalıdır”.