16 Avqust 2023 16:01
2 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan ordusu hücum etsə, cəbhə xəttini saxlaya bilməyəcəyik”.

Teleqraf.com xəbər verir ki, bunu erməni hərbi ekspert Karen Vrtanesyan deyib.

Ekspert erməni ordusunun ehtiyatda olan hərbçilərinin təlim-məşq toplanışlarının zəif təşkil olunduğunu söyləyib:

“Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, ehtiyatda olan hərbçi G.O. döyüş mövqeyini könüllü tərk edib.

Təsəvvür edin ki, təlimə cəlb olunmuş hərbçi döyüş mövqeyini tərk edir. Bu cəfəngiyat əslində Müdafiə Nazirliyinin press-relizinin müəllifindən yox, Nikol hökumətinin biabırçı qanunlarından irəli gəlir.

Məsələn, “25 günlük təlim-məşq toplanışı” adlı məşğələlər əslində təlim-məşq toplanışı deyil. Sadəcə yeddi günlük yüngül məşqlərdən sonra iki həftəlik cəbhə xəttini saxlamağa göndərilir. Düşmən (Azərbaycan) hücumu zamanı cəbhə xəttini saxlaya bilməyəcəklər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər