Ermənistan Baş naziri Nikol Paşinyan 32 il əvvəl Qarabağ separatçılarının “müstəqillik bəyannaməsi”nin qəbul edilməsi münasibətilə təbrik məktubu göndərib.
Teleqraf.com xəbər verir ki, Ermənistan baş naziri məktubunda Azərbaycana qarşı separatizmi və işğalı “öz müqəddəratını təyinetmə hüququ” adlandırıb.
Paşinyan təxribatçı məktubunda Azərbaycan əleyhinə hədsiz ifadələr verməklə yanaşı, Sumqayıt, Bakı və Gəncədə ermənilərə qarşı “qırğınlar” törətməkdə də ittiham edib.
Azərbaycana qarşı işğaldan tutmuş soyqırımına qədər hər cür cinayətə əl atmış bir xalqın liderinin bu hədsizliyi həyasızlığın pik nöqtəsi olmalıdır. Bunu Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımış bir şəxs – bir dövlətin başçısı etməsi isə tam başqa bir mövzudur.