Rusiya Ermənistanla konstruktiv münasibətləri yüksək qiymətləndirir, amma Baş nazir Nikol Paşinyanın Rusiya sülhməramlılarının missiyasının uğursuzluğu ilə bağlı tezisləri ilə razılaşmaq mümkün deyil.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Rusiya bu regionun tərkib hissəsidir, ona görə də heç bir yerə gedə bilməz, Rusiya Ermənistanı tərk edə bilməz”, - Kremlin sözçüsü bildirib və erməniləri bunu unutmamağa çağırıb.
Peskov həmçinin əlavə edib: “Rusiyada Ermənistanın özündən çox erməni yaşayır”.
Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Rusiyanın Cənubi Qafqazdan çıxdığını bildirmişdi.