5 Sentyabr 2023 16:42
1 645
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu, ictimai səviyyədə olan ritorikadır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistan parlamentinin spikeri Alen Simonyanın onun bundan əvvəl İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı verdiyi açıqlamasına münasibətini şərh edərkən deyib.

“Bəs o, mənim Qarabağın Ermənistan tərəfindən tanınması (Azərbaycan ərazisi kimi) ilə bağlı sözlərimdən danışıb? Əgər ekspert, yaxşı, siyasi səviyyədə danışmaq istəyirlərsə, bunun üçün bütün imkanlar var. Bizim İrəvanla dövlətdən tutmuş ictimaiyyətə qədər bütün istiqamətlərdə əla əlaqə kanallarımız var. Yenə də, mənə elə gəlir ki, olmalıdır. Anlayıram ki, orada hamının rolları ayrılıb: kim nə, kim necə deməlidir. Amma belə olsa da, əminəm ki, bu, Ermənistan cəmiyyətini təmsil edən insanlara belə ifadələr işlətmək hüququ vermir, amma biz son vaxtlar bunları görmürük, eşitmirik”, - Zaxarova bildirib.

Alen Simonyan Rusiya rəsminin açıqlamasını “cəfəngiyyat” adlandırmışdı. Eyni zamanda, Rusiya sülhməramlılarını tənqid etmişdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər