11 Sentyabr 2023 11:56
4 915
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın ekologiya naziri Akop Simidyan iranlı həmkarı Əli Səlacağe ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş Tehrana səfər çərçivəsində baş tutub.

Görüşdə Araz çayı hövzəsində İran və Ermənistan arasında “ekoloji əməkdaşlıq” da müzakirə olunub. Tərəflər bildiriblər ki, Araz çayının suyunun keyfiyyətinin monitorinqi və saxlanılması problemlərinin həlli üçün daha fəal əməkdaşlıq etmək, qarşılıqlı səfərlər, müşahidələr və birgə tədbirlər həyata keçirmək lazımdır.

Hər iki tərəf bu istiqamətdə “geniş əməkdaşlıq sahəsi” gördüyünü vurğulayıb, Simidyan bu məqsədlə Əli Salacağeni Ermənistana dəvət edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər