20 Sentyabr 2023 19:04
1 822
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əldə olunmuş razılaşmanın tərkib hissəsi olaraq erməni qoşunlarının və Azərbaycanın Qarabağ bölgəsində olan Ermənistanın silahlı qüvvələrinin tam tərkisilah edilməsi, döyüş mövqelərindən və postlarından çıxaraq silahlarını yerə qoyması prosesinin tərkib hissəsi olaraq biz reinteqrasiya modelinin vacib elementi kimi mülki əhalinin nümayənələri ilə Yevlax şəhərində görüşməyə hazır olduğumuzu bir daha bəyan etmişik".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycanın mövqeyi bəllidir.

"Bunu dəfələrlə Prezident Administrasiyası səviyyəsində bəyan edib. Bu təşəbbüsü bir neçə ay əvvəl də yerinə yetirmək olardı. Amma onlar müxtəlif bəhanələrlə bu pozitiv gündəliyin həyata keçirilməsinə imkan vermirdilər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər