28 Sentyabr 2023 11:37
32 578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatları Baş nazir Nikol Paşinyanla görüşərək, üç saatdan çox müzakirə aparıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb.

Nəşr yazır ki, iclasa beş dəqiqə qalmış müzakirə ediləcək məsələlərin mediaya sızıdırılmaması üçün deputatlara xəbərdarlıq edilib.

Məlumata görə, iclasda Paşinyan tərəfindən Qarabağdan gələn ermənilərin İrəvana köçürülməməsi ilə bağlı qərar qəbul olunub.

“İclasda uzun müddət 5 oktyabr görüşündən danışdı. Həmin gün İspaniyanın Qranada şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə keçiriləcək görüşdə Avropa Birliyi Şurasının sədri Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Olaf Şolz da iştirak edəcək. Çoxdan gözlənilən sülh müqaviləsini imzalamağa indi çox yaxınlaşdığımızı və oktyabrın 5-də keçiriləcək görüşdə həmin sənədin imzalanmasının əsaslarının qoyulacağı ilə bağlı sözləri komanda yoldaşlarını təəccübləndirib.

Müzakirələrdən məlum olur ki, Qranadada bəyanat qəbul olunacaq, orada addımların ardıcıllığı nöqtə-nöqtə qeyd ediləcək: delimitasiya, bir-birinin ərazi bütövlüyünün tanınması və sair”, - məlumatda deyilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər