“Fransanın Ermənistanı silahlandırmasına cavab olaraq, biz də İtaliya və Böyük Britaniya ilə silah sazişi imzalamalıyıq”.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Fransa Ermənistanı silahlandırır və bu məsələdə Avropa Birliyi ilə Paris arasında yekdil fikrin olduğu görünür. Bu, Avropa Birliyinin Azərbaycan və Ermənistana silah embarqosonun götürülməsi deməkdir. Azərbaycan da İtaliya, Britaniya və digər Avropa Birliyi ölkələri ilə silah alışı istiqamətində yeni sazişlər bağlamalıdır. Azərbaycanın belə bir təcrübəsi var. Vaxtilə bəzi Avropa ölkələrindən, xüsusən də Çexiya və İtaliyadan müəyyən həcmdə silah almışıq”, - ekspert bildirib.
Məhəmməd Əsədullazadənin fikrincə, AB ölkələri silah bazarlarını genişləndirməkdə maraqlıdırlar:
“Azərbaycan Avropa Birliyi ölkələri ilə təmaslarını artırmalıdır. Ermənistan bu yöndə aktiv fəaliyyətə keçib. Azərbaycan da Avropa Birliyi ilə əlaqələri yüksək səviyyəyə qaldırmalı, aradakı fikir ayrılıqlarının qaldırılmasına çalışmalıdır.
Avropa Birliyinin Azərbaycana qarşı təzadlı siyasətindən Rusiya faydalanır. Rusiya digər ölkələr kimi Azərbaycana münasibətdə də bərabərhüquqlu tərəfdaş kimi davranmır. Moskvadakılar təkəbbürlüdürlər. Rusiyadan həmişə Azərbaycan təhdid olub. Buna görə də, xarici siyasətdə əməkdaşlıqları şaxələndirməkdə, yeni müttəfiqlər və tərəfdaşlar qazanmaqda fayda var”.