Ermənistan tərəfi 6-cı sülh sazişi təklifini Azərbaycan tərəfinə təqdim edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan məlumat verib.
“Ermənistan əvvəllər elan edilmiş prinsiplər əsasında münasibətlərin tənzimlənməsinə dair sənədin bağlanması və imzalanmasına sadiq qalır”, - Badalyan qeyd edib.