ABŞ dövlət katibinin müavini Ceyms Obrayn Azərbaycan və Ermənistanın ölkəsindəki səfirləri ilə görüşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Amerikanın Səsi”nin erməni xidməti məlumat yayıb.
ABŞ Dövlət Departamentinin cədvəlinə əsasən, Obrayn noyabrın 20-də Ermənistan səfiri Lilit Makunts, bir gün sonra isə Azərbaycan səfiri Xəzər İbrahimlə görüşüb.
Görüşlər mətbuata qapalı keçirildiyindən bu haqda başqa təfərrüatlar məlum deyil.
Ceyms Obrayn ötən günlərdə Azərbaycana qarşı təxribatçı iddiaları və ittihamları ilə gündəmə gəlib. Amerikalı diplomatın bəyanatı iki ölkə arasında gərginliyə səbəb olub.