6 Dekabr 2023 10:17
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

ADA Universitetində dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilir.

Teleqraf.com xəbər verir ki, tədbirdə 30 ölkəni təmsil edən 60 xarici ekspert iştirak edir.

***

10:08

Dekabrın 6-da ADA Universitetində “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusuna həsr olunmuş Beynəlxalq Forum keçiriləcək.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbirdə çıxışı və müzakirələrdə iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, ənənəvi xarakter almış forumda dünyanın müxtəlif ölkələrindən 60-dan artıq beyin mərkəzinin rəhbəri, tanınmış ekspert və politoloq iştirak edir. Açıq formada keçirilən müzakirələrdə dünyada və regionumuzda cərəyan edən proseslər, baş verən hadisələr təhlil olunur, dövrümüzün aktual məsələləri ətrafında fikir mübadiləsi aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər