Azərbaycanın Qarabağ iqtisadi rayonu işğalda olarkən, Ermənistan buradan qanunsuz olaraq 100 min tona yaxın taxıl daşıyıb.
Teleqraf.com xəbər verir ki, bu barədə erməni iqtisadçı Vardan Aleksanyan bildirib.
“Qarabağdan Ermənistana 100 min tona yaxın taxıl gətirilib. İllik buğda istehlakımız 350 minə yaxındır, deyə bilərik ki, o illərdə istehlakımızın üçdə bir hissəsi Qarabağdan gətirilirdi. İndi belə bir idxal yoxdur. Buna son illərdə taxıl əkini sahələrinin və məhsuldarlığın azalmasını da əlavə etsək, biabırçı mənzərə ortaya çıxır. 4-5 il əvvəl 350 min ton olan taxıl yığımı son illərdə 150-200 min tonu keçməyib, yəni 2.5 dəfə azalıb”, - ekspert deyib.
Aleksanyan Ermənistanla münasibətləri gərgin olan Rusiyadan taxıl idxalının dayandırılması ehtimalına da toxunub:
“Tanrı qorusun, başımıza belə bir iş gəlsə, Ermənistan ciddi problemlərlə üzləşəcək. İnanmaq istəmirəm ki, o həddə çatacağıq, çatsaq, bu, ölkəmiz, dövlətçiliyimiz üçün son dərəcə fəlakətli olacaq, ərzaq təhlükəsizliyimiz üçün real təhlükə yaradacaq”.