Demarkasiya və delimitasiya prosesi uzun müddət çəkə bilər. İstisna etmirəm ki, belə bir variant Ermənistan üçün məqbul ola bilər.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan prezidentin köməkçisi Hikmət Hacıyevin sərhəd məsələsinin sülh müqaviləsindən kənarda həll edilə biləcəyi ilə bağlı açıqlamasını şərh edərkən deyib.
“Düşünürəm ki, belə bir hərəkət kursunu nəzərdən keçirə bilərik, çünki bu, vaxt, hətta illər baxımından daha uzun çəkə bilər. Bəzi məsələləri həll edəndən, sülh müqaviləsi imzalanandan, cəmiyyətləri sülh və əmin-amanlıq mühitinə gətirəndən sonra bu da ola bilər”, - spiker bildirib.