18 Yanvar 14:54
7 817
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anti-Azərbaycan siyasətini davam etdirən Fransanın “Total” şirkəti ölkə ərazisindən çıxarılmalıdır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Milli Məclisinin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin Fransa ilə bağlı hökumətə çağırışının 4-cü bəndi “Total” da daxil olmaqla, bütün Fransa şirkətlərinin Azərbaycandan çıxarılmasıyla bağlıdır. Haqlı çağırışdır. Hökumət tədbirlər görməlidir. Deməli “Total” Azərbaycanın zəngin “Abşeron” yatağından gəlir əldə edəcək və bu gəlirin bir hissəsi Fransa büdcəsinə yönələcək, bunun qarşılığında da Paris anti-Azərbaycan siyasətini davam etdirəcək. Bu, haqsızlıqdır, bu zənciri qırmaq məcburiyyətindəyik. Bəziləri deyirlər ki, “Total” transmilli şirkət olduğundan onu “Abşeron” yatağının istismarı ilə bağlı müqavilədən çıxarmaq olmaz, ölkəmizə qarşı beynəlxalq məhkəməyə müraciət edə bilər. Əlbəttə, bu risk hesablanmalıdır, ancaq buna seyirçi də qala bilmərik, elə etməliyik ki, “Total” yataqdakı payını başqa neft-qaz şirkətinə satsın”, - ekspert bildirib.

Elxan Şahinoğlu qeyd edib ki, şirkət 2021-ci ildən “TotalEnergies” adlanır:

“Şirkətin Böyük Britaniyadan tutmuş Səudiyyə Ərəbistanına qədər varlı səhmdarları var. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqda şirkətin Britaniyadan olan səhmdarları “Total”a müraciət edərək, Rusiya bazarını tərk etməyə çağırdılar. Şirkət rəhbərliyinin açıqlaması belə oldu ki, Rusiyadakı mövcud layihələrdən hələlik çıxa bilməzlər, ancaq burada yeni layihələrdə iştirak etməyəcəklər. Yəni şirkət rəhbərliyi lazım gələndə siyasi reallıqları nəzərə alır. Fransanın anti-Azərbaycan siyasətini davam etdirməsi və rəsmi Bakının Parisə adekvat cavab verməsi də siyasi reallıqdır, şirkət rəhbərliyi və səhmdarları bununla hesablaşmalıdır.

“Total” vaxtilə ona görə “Abşeron” yatağında pay sahibi oldu ki, Azərbaycanın Avropaya qaz nəqlində rol almaq istədi. Ukrayna müharibəsi fonunda Rusiyadan enerji asılığını azaldan Avropanın Azərbaycan qazına ehtiyacı var. Bu, “Total” üçün də faydalı idi. Ancaq Fransanın anti-Azərbaycan siyasəti “Total”ın planlarına da zərbə vurdu və şirkət Parisin mövqeyinə təsir etmək üçün heç nə etmədi”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər