24 Yanvar 13:11
8 398
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq münasibətlərin çox sadə qaydaları var: əgər bir tərəfin, məsələn, Azərbaycanın üstünlüyü və müttəfiqləri varsa, xarici dünya bizdən çox o tərəflə əməkdaşlıqda maraqlıdırsa, o tərəf dayanmayacaq, sona qədər gedəcək.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Artur Xaçikyan deyib.

“İndi Azərbaycan bu yolu sonadək gedəcək, çünki bütün kartlar əlindədir, üstəgəl, qazı, nefti var. Avropa da onlarla əməkdaşlıq etmək istəyir, elektrik enerjisi də almaq istəyir. Çünki Rusiyanın enerji resurslarına alternativ yaratmağa çalışırlar. Eləcə də Rusiya ərazisindən keçən bütün kommunikasiyalara alternativ üçün Orta dəhliz yaratmaq və Rusiyanın İranla əlaqəsini kəsmək istəyirlər.

Bu gün İranı Yaxın Şərqdə böyük müharibəyə qatmaq üçün hər şey edilir. Yəmən, Pakistan, Suriya, İran, İraq, Livan, Fələstin və İsraili əhatə edən böyük regional müharibə gedir. ABŞ və Britaniya onların (Azərbaycan və Türkiyə – red.) yanındadır. Türkiyə və Azərbaycan bundan yararlanaraq istədiklərini əldə edəcək”, - ekspert bildirib.

Xaçikyan Ermənistanı Türkiyə və Azərbaycan üçün “qəpik-quruş” adlandırıb.

Politoloqun fikrincə, Rusiya Ukrayna müharibəsində müəyyən vədlər qarşılığında Türkiyənin Cənubi Qafqaza girməsi ilə razılaşıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər