1 Fevral 16:14
1 350
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla Ermənistan arasında birbaşa danışıqların alternativi yoxdur.

Teleqraf.com xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin keçirdiyi sorğudan bu nəticə çıxıb.

Mərkəz millət vəkilləri, siyasi ekspertlər, eləcə də xarici siyasət və təhlükəsizlik mövzularında ixtisaslaşan jurnalistlər arasında sorğu keçirib. Sorğuda 100 respondent iştirak edib.

“Azərbaycanla Ermənistan arasında danışıqlar hansı formatda davam etməlidir” sualına verilən cavabların nisbəti aşağıdakı kimdir:

Birbaşa danışıqlara üstünlük verilməlidir – 91.6 faiz

Danışıqlar Gürcüstanda aparılmalıdır – 3.2 faiz

Danışıqlar Vaşinqtonda aparılmalıdır – 3.2 faiz

Danışıqlar Moskvada aparılmalıdır – 1 faiz

Danışıqlar aparılmamalıdır – 1 faiz

Danışıqlar Brüsseldə aparılmalıdır – 0 faiz

“Azərbaycanla Ermənistan arasında sülh sazişi nə vaxt imzalanacaq” sualına “Sülh sazişi bu il imzalanmayacaq” deyənlər 41.1, “Sülh sazişi bu ilin sonuna qədər imzalanacaq” deyənlər 37.9, “Sülh sazişi bu ilin yarısına qədər imzalanacaq” deyənlər isə 15.5 faiz təşkil edib.

Ümumilikdə 5 faiz təşkil edən cavablar arasında bunlar olub: “Ermənistan buna hazır olanda”, “Bu, tərəflərin danışığından asılıdır”, “Bölgədəki proseslərdən asılıdır”, “Vaxt demək çətindir” və sair.

Sorğunun “Qafqaz evi” ideyasının reallaşması üçün nə edilməlidir” sualına verilən cavablar bu şəkildə bölünüb:

Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanmalıdır – 70.7 faiz

Azərbaycanla Ermənistan arasında diplomatik əlaqələr qurulmalıdır – 17.9 faiz

Azərbaycanla Ermənistan arasında kommunikasiya xətləri açılmalıdır – 10.3 faiz.

Cavablar arasında “Bu, mümkün olmayacaq”, “Ermənistan cəmiyyəti dəyişməlidir” yanaşmalarının hər biri 1.1 faiz təşkil edib.

Respondentlər Rusiya-Ukrayna savaşı və Yaxın Şərqdəki son gəlişmələrlə bağlı sualları da cavablandırıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər