27 Fevral 17:04
5 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Burada (Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı – red.) yanaşmamız ümumidir, birmənalı olaraq güc təhdidi və ya tətbiqinin əleyhinəyik. Hər bir ölkənin ərazi bütövlüyü və suverenliyinə hörmət prinsiplərinə sadiqik. Hesab edirik ki, fikir ayrılıqları yalnız sülh yolu ilə həll edilməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Afinada erməni həmkarı Nikol Paşinyanla görüşündə Yunanıstan Baş naziri Kiriakos Mitsotakis deyib.

“Diplomatiya nöqteyi-nəzərindən Yunanıstan Azərbaycanla sülh müqaviləsi bağlamaq və qəbul etmək üçün həmişə sizin yanınızda olacaq. Ancaq Ermənistan və Azərbaycan arasında sabit razılaşma Cənubi Qafqazda daha yaxşı gələcəyə yol aça bilər”, - yunan baş nazir vurğulayıb.

Mitsotakis qeyd edib ki, sülh regionun münaqişə zonasından Körfəz ölkələrini Aralıq dənizi ölkələri ilə birləşdirən ticarət mərkəzinə çevrilməsinə imkan verəcək:

“Yalnız ümumi rifah silahları susdura bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər