Rusiya Erməniləri İttifaqının prezidenti Ara Abramyan revanşist “Vətən naminə Tavuş” Hərəkatına dəstək bəyanatı verib.
Teleqraf.com xəbər verir ki, o, erməniləri hərəkatın lideri, keşiş Baqrat Qalstanyana dəstək verməyə çağırıb.
“Biz hərəkatın lideri, arxiyepiskop Baqrat Qalstanyana öz missiyasını yerinə yetirməkdə kömək etməliyik”, - ittifaq rəhbəri bildirib.
Abramyan Baqrata dəstək bəyanatında Azərbaycanın ünvanına təxribatçı və separatçı fikirlər də səsləndirib.
Bakıda həbsdə olan separatçılara azadlıq istəyən Abramyan sərsəm iddiasında bir az da irəli gedərək Qarabağ məsələsinin (“Artsax” adlandırır – red.) bağlanmadığını söyləyib.
Diaspor rəhbərinin ölkəmizin əleyhinə ünvanlanmış sərsəm fikirləri belədir:
“Artsax məsələsi” bağlanmayıb, biz birlikdə işləməliyik. Bizim üçün “Artsax” mövcuddur və qorunub saxlanılır”.