3 İyul 15:12
3 951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan Cənubi Qafqazda sabitliyi və sülh şəraitində birgə yaşayışı qətiyyətlə dəstəkləyir.

Teleqraf.com xəbər verir ki, bunu Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili erməni həmkarı Ararat Mirzoyanla Tiflisdə keçirdiyi birgə brifinqdə deyib.

Gürcü nazir ümid edir ki, Azərbaycan və Ermənistan arasında sülh prosesi müsbət dinamikanı saxlayacaq.

“Qonşularımızın tələbləri ilə və imkanlarımız çərçivəsində konstruktiv dialoqun təşviqinə, regionda sabitliyin və sülhün təmin edilməsinə töhfə verməyə davam etməyə hazırıq. Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası prosesinə başlamaq üçün sülh yolu ilə əldə edilmiş tarixi qərarı alqışlayırıq. Ümid edirəm ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi prosesi müsbət dinamikanı saxlayacaq”, - Darçiaşvili vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər