Türkiyəli müğənni Haluk Levent xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, Antalyada konsert verən ifaçının çıxışdan sonra halı pisləşib. Sənətçi döş qəfəsində ağrı və nəfəs darlığı olmasından şikayətlənib. Haluk dərhal xəstəxanaya aparılıb.
Məlumata görə, hazırda xəstəxanada olan Haluk Leventin səhhəti yaxşıdır.