Azad olunmuş ərazilərdəki seçki məntəqələrinə veb-kameralar quraşdırılmasa da, bu, planda var.
Teleqraf.com xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
MSK sədri xatırladıb ki, azad olunmuş ərazilərdə seçicilərin sayı 42 mindən çoxdur: "Yaxın dövrdə oradakı məntəqələrə də veb-kameraların quraşdırılması nəzərdə tutulur və artıq aidiyyəti üzrə müraciət olunub".