14 Oktyabr 12:18
13 096
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Baş naziri Nikol Paşinyan regional kommunikasiyalara (Zəngəzur dəhlizi) nəzarətlə bağlı fikrini dəyişib.

Teleqraf.com xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan deyib.

Deputat Ermənistan rəhbərinin ötən həftəsonu verdiyi açıqlamaya diqqət çəkib:

“Ermənistan qubernatoru 10 noyabr sənədinin 9-cu bəndi, regional kommunikasiyaların açılması ilə bağlı məsələyə müəyyən “aydınlıq” gətirib. Bu, təkcə onun əvvəlki şərhlərinə zidd deyil, həm də aşkar yalan danışır.

Əvvəla, 3 il ərzində o məqamda Rusiyanın mövcudluğunu inkar edən Paşiyan indi birdən Rusiyaya tapşırılan funksiyanın olduğunu “xatırladır”. Onun sözlərinə görə, Rusiya nümayəndələrinə Ermənistanın öz öhdəliklərini nə dərəcədə yerinə yetirdiyini görmək üçün bir növ monitorinq həvalə edilə bilər.

Burada başqa bir yalan da irəli sürülür, Rusiya prezidentinin (Vladimir Putin) imzaladığı sənəddə rusların funksiyası Ermənistan ərazisindən (Zəngəzurdan) keçən kommunikasiyaya nəzarət kimi təqdim olunur.

Paşinyan “monitorinq” və “nəzarət” sözlərinin fərqini və ya izahını bilmir? Əminəm ki, çox yaxşı bilir, amma yenə də yalan yazır.

Nəzarət həm də monitorinqi nəzərdə tutan daha geniş anlayışdır. Amma nəzarət termini həm də vəziyyətin idarə edilməsini nəzərdə tutur ki, bu da kommunikasiyanın təhlükəsizliyi baxımından daha geniş səlahiyyətləri əhatə edə bilər”.

Abramyan xatırladıb ki, həmin sənədi imzalayanlardan biri Nikol Paşinyanın özüdür.

“Paşinyan niyə məhz indi regional kommunikasiyaların açılmasında Rusiyanın iştirakını xatırladı? Bu da ayrı bir mövzudur”, - deputat əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər