14 Oktyabr 18:10
6 728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa ölkələri və ABŞ Şərqlə Qərb arasındakı nəqliyyat dəhlizlərində Azərbaycan marşrutuna üstünlük verir.

Teleqraf.com xəbər verir ki, bunu erməni keçmiş deputat Qaqik Minasyan deyib.

“Son vaxtlar tez-tez Türkiyədən bəyanatlar gəlir ki, Ermənistan Ankaranın şərtləri əsasında Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Zəngəzur dəhlizini açmasa, bu əlaqəni İran ərazisindən təmin etmək variantına üstünlük verəcək.

Çindən Avropaya - Şərq-Qərb quru əlaqəsi ilə bağlı üç variant var: Rusiya və İran, həmçinin Xəzər dənizi - Azərbaycan üzərindən (Orta dəhliz). Orta dəhliz vasitəsilə rabitənin təşkilində problem odur ki, dəmir yolu ilə daşınan mallar Xəzər dənizində gəmilərə yüklənməlidir. Buna baxmayaraq, Avropa ölkələri Şərq-Qərb layihəsində Rusiya və İran yox, Azərbaycan marşrutuna üstünlük verirlər”, - siyasətçi bildirib.

Minasyanın fikrincə, Mehridən (Zəngəzur) keçəcək dəhlizin açılmasıyla yolun qısaldılması Qərb üçün vacibdir. Onun sözlərinə görə, Qərb dövlətləri xəttin İrandan keçməsində maraqlı deyillər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər