23 Aprel 2015 16:56
736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Komi Respublikasında fəaliyyət göstərən Azərbaycan diasporasının müdaxiləsi ilə qondarma “erməni soyqırımın” 100 illiyinin keçirilməsinin qarşısı alınıb.

Burada yaşayan Azərbaycan diasporasından Teleqraf.com-a verilən məlumata görə, Komi Respublikasının Uxta şəhərində erməni diasporası qondarma “erməni soyqırımının” 100 illiyinin təntənəli şəkildə respublika səviyyəsində keçirilməsi üçün şəhər şurasında məsələ qaldırıb.

Lakin 15 ildən çoxdur ki, Komidə fəaliyyət göstərən “Azərbaycan” cəmiyyətinin sədri, Uxta şəhər şurasının üzvü Həsən Qasımov və cəmiyyətin digər fəalların məsələyə müdaxiləsindən sonra ermənilərə rəsmi olaraq rədd cavabı verilib.

H.Qasımov bu cür tədbirlərin Komidə yaşayan xalqlar arasında nifaq salmağa xidmət etdiyini bildirib. O, Roma Papasının mövqeyini pisləyib və din xadimi üçün bağışlanılmaz səhv olduğunu bəyan edib: “Avropa Parlamentinin də qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə heç bir həqiqəti özündə əks etdirmir və bu I Dünya müharibəsinin real tarixi hadisələri təhrif edən qərardır”.

Xatırladaq ki, Komi Respublikasında Azərbaycan cəmiyyəti 1998-ci ildən aktiv fəaliyyət göstərir.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər