24 Aprel 2015 15:49
1 434
12 Punto 14 Punto 16 Punto 18 Punto

Siyasi məhbus Tofiq Yaqublunun azadlığa buraxılıb.

Vəkil Nemət Kərimlinin Teleqraf.com-a verdiyi məlumata görə, T. Yaqublunun qızı Nərgiz Yaqublunun yas mərasimində iştirak etməsinə icazə verilib. Bunun üçün o, 7 gün müddətinə azadlığa buraxılıb.

Qeyd edək ki, T. Yaqublunun qızı Nərgiz Yaqublu aprelin 23-də Rusiyanın Tomsk şəhərində dünyasını dəyişib. Onun hepatit xəstəliyindən əziyyət çəkdiyi və bir neçə gün əvvəl komaya düşdüyü bildirilir. N. Yaqublunun meyiti bu gün Bakıya gətiriləcək.

Xatırladaq ki, ailə üzvlərindən biri dünyasını dəyişən, yaxud ağır xəstə olan məhbusun müvəqqəti olaraq azadlığa buraxılmasına dair müddəa müvafiq qanunvericilkdə nəzərdə tutulur.


Müəllif:

Oxşar xəbərlər