28 Aprel 2015 14:17
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

İkili standartlar tətbiq olunduğuna görə, Cənubi Qafqazda sülhə nail olmaq çətinləşib.

Trend-in məlumatına görə, bunu Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak edən Türkiyənin sabiq prezidenti Abdulla Gül jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının davam etməsi və danışıqların nəticəsizliyi bir daha onu göstərir ki, dünya ictimaiyyəti Cənubi Qafqazdakı münaqişələrin nizamlanmasında ikili standartlar tətbiq edir.

A.Gül daha sonra deyib ki, Türkiyə və Azərbaycan bir-birinin uğurları ilə fəxr edirlər, çünki ölkələr "Bir millət - iki dövlət" prinsipinə sadiqdirlər.


Müəllif:

Oxşar xəbərlər