Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovla Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşelinin təşəbbüsü ilə telefon danışığı olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumta görə, Xanım Tinatin Xidaşeli Azərbaycan paytaxtının Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında insanların həlak olmasının və yaralanmasının onlarda böyük kədər hissi doğurduğunu diqqətə çatdırıb, həlak olanların ailə üzvlərinə və yaxınlarına, bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xəsarət alanlara tezliklə sağalmağı arzulayıb.
Telefon danışığında xanım Tinatin Xidaşeli Azərbaycan-Gürcütan arasında hərbi sahədə əməkdaşlıqda əldə edilən nailiyyətlərin və razılaşmaların qüvvədə qalması və daha da inkişaf etdiriləcəyinə əminlik ifadə edib.
Söhbət zamanı Azərbaycanla Gürcüstan arasında hərbi sahədə əməkdaşlığın perspektivlərinə dair qısa fikir mübadiləsi aparılıb.
Sonda Azərbaycanın Müdafiə naziri general-polkovnik Z.Həsənov xanım T.Xidaşeliyə göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.