26 Avqust 2015 14:33
710
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi rusiyalı blogger Erik Davidoviçin Azərbaycana buraxılmaması məsələsinə aydınlıq gətirib.

Teleqraf.com-un məlumatına görə, Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, avqustun 25-də Rusiya Federasiyasından Gürcüstandan keçməklə Azərbaycana gələn Rusiya vətandaşı Erik Davidoviç Kituaşvilinin idarə etdiyi “BMW” markalı o165HO777 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” postunda gömrük baxışı həyata keçirilib.

Gömrük baxışından öncə Erik Davidoviç Kituaşvili avtomobilində olan video çəkiliş üçün avadanlıqları gömrük nəzarətinə təqdim edib.

Vətəndaş E.D.Kituaşvilidən Azərbaycan qanunvericiliyinin tələblərinə uyğun olaraq gətirilmiş bəzi avadanlıqlar üçün müvafiq icazə sənədləri təqdim etmək tələb olunub. Lakin o, sənədləri Moskva şəhərində çalışdığı ofisdə unutduğunu bildirib.

Vətəndaş E.D.Kituaşviliyə müvafiq sənədlər təqdim olunana qədər avadanlıqların protokol əsasında müvəqqəti saxlanca götürülməsinin zəruriliyi bildirilib, lakin o, geri qayitmağa qərar verib.

Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” postunda vətandaş Erik Davidoviç Kituaşviliyə mövcud qanunvericiliyin tələbləri izah edilib, o da, öz növbəsində heç bir etirazının olmadığını bildirib və müvafiq akt tərtib olunaraq onun tərəfindən də imzalanıb.


Müəllif:

Oxşar xəbərlər