2 Sentyabr 2015 10:59
840
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədri Vasif Talıbov Natəvan Qədimovanın Naxçıvan MR-in mədəniyyət və turizm naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Natəvan Tofiq qızı Qədimova Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri təyin edilib.

N.Qədimova indiyədək Naxçıvan MR mədəniyyət və turizm nazirinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, bundan əvvəl Naxçıvan MR-də mədəniyyət və turizm naziri vəzifəsini Sarvan İbrahimov tutub. O, keçən ay vəzifəsindən azad edilib.


Müəllif:

Oxşar xəbərlər