Ayətullahil-üzma Nuri Həmədani Azərbaycan xalqı və Şeyxülislam Allahşükür Paşazadəyə qonaqpərvərliyi və lütfkarlığına görə təşəkkür edib.
İranın Azərbaycandakı səfirliyindən Teleqraf.com-a daxil olan məlumata görə, Həmədani Bakıdan İrana qayıdandan sonra İran ali dini liderinin Azərbaycandakı nümayəndəsi Höccətül-İslam vəl-Müslimin Seyid Əli Əkbər Ocaqnejada xüsusi bir məktub yollayıb. O, şeyxülislam Allahşükür Paşazadə, həmçinin İranın Azərbaycandakı səfiri Möhsün Pakayin və Azərbaycan xalqının qonaqpərvərliyinə görə öz minnətdarlığını bildirib: “Allaha həmd olsun ki, sizin və cənab Şeyxül-İslamın vücudu ilə nurlanmış ölkəyə (Azərbaycana) səfərim Allah-taalanın müvəffəqiyyəti ilə həyata keçib. Öz varlığı ilə İslam və pak əhli-beytə olan eşq və məhəbbətini nümayiş etdirən dindar və əhli-beyt sevər bir xalqla görüşün mənə nəsib olduğuna görə Allaha şükür edirəm. Bu münasibətlə sizə və cənab şeyxülislama, həmçinin İranın Azərbaycandakı möhtərəm səfiri və bütün hörmətli Azərbaycan xalqına göstərdikləri və hər zaman yadımda qalacaq məhəbbət, lütfkarlıq və qonaqpərvərliyə görə öz təşəkkürümü bildirməyi lazım sayıram”.
Nərgiz