12 Sentyabr 2015 14:46
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda noyabrın 1-nə təyin edilmiş parlament seçkiləri üçün indiyə qədər 498 nəfər namizədliklərinin qeydə alınması üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət edib.

Trend-in məlumatına görə, bu barədə MSK-nın bu gün keçirilən iclasında bildirilib.

Bunlardan 254 nəfəri siyasi partiya, 13 nəfəri siyasi blok, qalanları isə öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüb.

İclasda həmçinin bildirilib ki, 286 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub və onlara imza vərəqələri verilib.

O da qeyd olunub ki, seçkiləri müşahidə etmək üçün indiyə qədər MSK-da 74 müşahidəçi akkreditasiyadan keçib. Onlardan 69 nəfər öz təşəbbüsü, 5 nəfəri isə QHT-lər tərəfindən irəli sürülüb.


Müəllif:

Oxşar xəbərlər