“Baku” jurnalının baş redaktoru Leyla Əliyeva “İnstagram”da babası ümumilli lider Heydər Əliyev haqqında təəssüratlarını bölüşüb.
Teleqraf.com həmin fikirləri təqdim edir:
“Mən indi başa düşürəm ki, nə qədər böyük bir insana yaxın olmuşam və nə qədər böyük bir insanla söhbətlərim olub. Hətta onunla beş dəqiqə söhbət edənlər belə, ondan çox qiymətli dərs ala bilirdilər. Amma mən onu hər gün görürdüm. Bu, heç nə ilə müqayisə olunmayacaq dərəcədə böyük təcrübə idi. Ən təəccüblüsü də bu idi ki, o, heç vaxt sənin nə etməli olduğunu demirdi, istəyirdi, sən həmişə özün qərar qəbul edəsən. Mən onu səhv etməyən və hər zaman çətin vəziyyətdən çıxış yolu tapan bir şəxsiyyət kimi tanımışam. Onun üçün qeyri-mümkün heç nə olmamışdı. Buna görə də düşünürəm ki, nəyəsə inanırsan və nəyisə çox arzulayırsansa, ona nail olacaqsan”.
Rəqsanə