Dünya şöhrətli Azərbaycan müğənnisi Rəşid Behbudovun 100 illik yubileyi ilə əlaqədar "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti tədbirlərə başlayıb.
Bu barədə Teleqraf.com-a qurumun Mətbuat xidmətinin və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, dahi sənətkarın yubileyi ilə əlaqədar metro stansiyalarında Rəşid Behbudovun şəkilləri və reklam afişaları yerləşdirilib: "Şəkillər və afişalar əsasən sərnişinlərin sıx olduğu stansiyalarda yerləşdirilib. Artıq metronun "Sahil", "İçərişəhər", "28 may", "Elmlər Akademiyası və "Neftçilər" stansiyalarında şəkillər və afişalar yerləşdirilib".