15 Fevral 2016 17:49
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli Fərmanına uyğun olaraq Fövqəladə Hallar Nazirliyində (FHN) yaradılmış Apellyasiya Şurasının bu gün ilk iclası keçirilib.

Teleqraf.com-un məlumatına görə, iclasda təşkilati məsələlər, Apellyasiya Şurasının və Şuranın Katibliyinin fəaliyyətinin effektiv qurulması, sahibkarların müraciətlərinə baxılması işində səmərəliliyin təmin edilməsi ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, qarşıda duran vəzifələr müzakirə edilib.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər