29 Fevral 2016 15:06
3 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Samirə Allahverdiyeva həyat yoldaşından ayrılması haqqında yayılan şayiələrə aydınlıq gətirib.

Teleqraf.com xəbər verir ki, sənətçi “ATV maqazin onlarla” verilişində həyat yoldaşından ayrılmadığını bildirib: “Bu mənim şəxsi həyatımdır. Heç kim şəxsi həyatından problemlərdən sığortalanmayıb. Hər kəsin öz ailəsi var. Mənim şəxsi həyatıma kimsə toxunanda sevmirəm. Xəbər yayıblar ki, həyat yoldaşımdan ayrılmaq üçün məhkəməyə müraciət etmişəm. Bu doğru deyil. Həyatımda baş verənlər mənə aiddir. Bu həyatı mən yaşayıram və nə baş verərsə, əziyyətini də mən çəkəcəm. Ailəm, övladlarım mənim üçün çox əzizidir. Evdə hər hansı narazılıq olan zaman sirrini bir adama dedinsə, dərhal söz-söhbət yayılır. Mənim səhvim onda oldu ki, ürəyimi kiməsə açdım. Heç bir insana etibar yoxdur. Şəxsi həyatımda isə hər şey yaxşıdır”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər