27 Mart 2016 12:33
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün dünyanın bir çox ölkələrində yay vaxtına keçid tətbiq olunub. Lakin Azərbaycan Nazirlər Kabinetinin 17.03.2016-cı il tarixli 131 saylı qərarına əsasən, carı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid ləğv olunub.


Publika.az xəbər verir ki, yay vaxtına keçidin ölkəmizdə bu il tətbiq olunmaması bəzi anlaşılmazlıqlar yaradıb. Məsələ ondadır ki, saatlar irəli çəkilməsə də, telefonlarda və kompüterlərdə saatlar avtomatik olaraq irəli çəkilib. Bu hal insanları çaş-baş salıb. Belə ki, çoxları sosial şəbəkədə saatı səhv saldığı üçün işə bir saat tez getdiyini yazıb.

Bu da əksəriyyətimizin vaxtı məhz telefona baxıb öyrəndiyi ilə əlaqədardır. Bu problemlə qarşılaşmamaq üçün telefonunuzdakı zamanı divar saatı ilə tənzimləyin.


Müəllif:

Oxşar xəbərlər