10 Aprel 2016 18:41
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində 500 kv.m sahədə qamışlıq yanıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub.

Yanğın saat 15:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

FHN-in mətbuat xidmətindən verilən məlumatda qeyd edilir ki, yanğınsöndürənlər alovun yayılmasının qarşısını alaraq söndürüblər: "Heç bir evə, şəxsi təsərrüfata və obyektə ziyan dəyməyib".

O da qeyd edilib ki, Kürdəxanı qəsəbəsində yanğının 6 evə ziyan vurduğu barədə xəbərlər həqiqəti əks etdirmir.


Müəllif: