Ermənistan prezidenti Serj Sarkisyan aprel ayında Milli Təhlükəsizlik Şurasının ikinci iclasını çağırıb.
Teleqraf.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, Sarkisyan iclasda cəbhə bölgəsindəki son durumu müzakirə edib.
Qeyd edək ki, aprelin 2-də qoşunların təmas xəttində düşmənin təxribatının qarşısını alan Azərbaycan ordusu bir sıra yüksəkliyi işğalçılardan azad edib.