Ermənistan prezidenti Serj Sərkisyan hakim Respublika Partiyasının Şurasının aprelin 16-da keçirilən iclası zamanı səslənən bəzi suallardan bərk əsəbiləşib.
Virtualaz.org xəbər verir ki, buna səbəb Qarabağda baş verənlər haqda hakim partiya rəhbərliyinə daxil olan bəzi şəxslərin Sarkisyana ünvanladığı sualları olub.
“Qraparak” qəzetinin yazdığına görə, suallardan biri belə olub ki, əgər erməni tərəfi Azərbaycan ordusunun hücumunu dayandırmasaydı və “əks-zərbə” təşkil edə bilməsəydi, nə baş verərdi. Qəzet yazır ki, Sərkisyan bu sualdan bərk əsəbiləşib. “Necə yəni nə olardı? Bəyəm sənə aydın deyil? Türklər indi Stepanakertdə (Xankəndi - red.) oturmuşdu”, - deyə Sərkisyan qəzəbli halda bildirib.
Qarabağ mövzusunda növbəti sual isə belə olub: “KİV-də belə mövqe yayılıb ki, təmas xəttində ancaq kasıb ailələrin uşaqları xidmət edir, onların övladları həlak olur”. Sərkisyan qəzəblə cavab verib: “Nə bu mövzunu qaldıranların özləri, nə onların uşaqlarının hazırda orada olmadığı dəqiqdir...”
Qəzet yazır ki, məlumatı verən mənbədən Sərkisyanın kimi nəzərdə tutduğunu soruşub. Mənbə deyib: “Deməyə çətinlik çəkirəm. Ancaq, yəqin ki, Vardan Oskanyanı (keçmiş xarici işlər naziri) və onun ətrafını nəzərdə tuturdu”.
Ermənistanda hakim partiyanın həmin iclası qapalı keçirilib, müdafiə naziri Seyran Ohanyan cəbhədə yaranmış vəziyyət barədə məlumat verib. Təfərrüatlar açıqlanmayıb.