İrəvanda səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb.
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli məsələsi əsas müzakirə mövzusu olub.
Lavrovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həlli oluna bilməz: "Moskva başa düşür ki, münaqişə tərəflərinin danışıqlar masasına qayıtması hələlik çətindir. Hazırda vəziyyət az da olsa yaxşılaşıb və insanlar da sakitləşməlidir".
Rusiya XİN rəhbəri əlavə edib ki, Moskva ATƏT-in Minsk qrupuna alternativ yaratmaq cəhdlərinə qarşıdır: "Biz bütün tərəflərin inamından istifadə etməyən paralel kanallar axtarmaq, mexanizmlər yaratmaq cəhdlərini dəstəkləmirik. Bu, əsas vəzifələrdən yayınmağa xidmət edəcək: təhlükəsizliyi təmin etmək, yeni qurbanların olmasına yol verməmək və siyasi prosesin bərpasına şərait yaratmaq. Dağlıq Qarabağ münaqişəsinin həllində tərəflər özləri qərar verməlidir, Rusiya və digər Minsk qrupu həmsədrləri isə onlara kömək edəcək".
Samir