11 May 2016 20:12
647
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistanın AMPTV teleşirkətinə "sanksiya tətbiq edilməsi qərara alınıb".
Avropa Teleradio Yayım Birliyi və Eurovision Mahnı Müsabiqəsini idarə edən Rəy qrupu Eurovision Mahnı Müsabiqəsinin birinci yarımfinalı zamanı "Dağlıq Garabağ bayrağının dalğalandırılmasını ciddi şəkildə pisləyir", qurumdan BBC Azərbaycancaya bildiriblər.
Bayrağın Yaşıl Otaqda canlı yayım zamanı dalğalandırılması "Eurovision Mahnı Müsabiqəsinin adına ziyan gətirir", bəyanatda deyilir.
Rəy qrupu, öz qaydalarına uyğun olaraq, Ermənistanın AMPTV teleşirkətinə sanksiya tətbiq etməyi qərara alıb. Bu sanksiyanın nədən ibarət olması "ən geci, Rəy Qrupunun iyunun 10-da keçirilən iclasında müəyyən olunacaq".
Avropa Teleradio Yayım Birliyi "Dağlıq Qarabağ regionunda gərgin vəziyyətdən və Azərbaycanla Ermənistan arasında davam edən gərginlikdən" agah olduğunu bildirib.
Biz “mübahisəli ərazinin bayrağının canlı yayımda nümayişini” şouda təşkilat, institut, siyasi məsələ, şirkət, brend, məhsul və xidmətin təbliğatı qadağan edən 1.2.2h saylı Qaydanın ciddi pozulması hesab edirik, mahnı yarışmasının təşkiltaçıları BBC Azərbaycancaya bildiriblər.
Ermənistanı bu il Eurovision-da İveta Mukuçyan təmsil edir.
Bundan əvvəl, Azərbaycanda İctimai Televiziya və Radio Yayımları Şirkəti Ermənistanın "Eurovision-2016" mahnı müsabiqəsindəki təmsilçisinin kənarlaşdırılmasını tələb edib, bu haqda qurumun mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, qurum rəhbəri Cəmil Quliyev Avropa Yayım Birliyindən və “Eurovision” Mahnı Müsabiqəsinin rəhbərliyindən Ermənistan təmsilçilərinin "beynəlxalq hüquqa zidd" hərəkət etdiyi üçün sərt şəkildə cəzalandırılmasını tələb edib.
“Bu isə Ermənistanı təmsil edən İveta Mukuçyanın mahnı müsabiqəsindən kənarlaşdırılması şəkilində ola bilər”, müraciətdə deyilir.
Ermənistanı Eurovision-da təmsil edən nümayəndələrin ötən gün "Eurovision-2016" yarışmasının birinci yarımfinalında separatçı "Dağlıq Qarabağ Respublikasının" bayrağını qaldırması Azərbaycanda narazılıqla qarşılanıb.
"Eurovision-2016” mahnı müsabiqəsində Azərbaycan və Ermənistanla yanaşı daha 8 ölkə finala vəsiqə qazanıb.
"Eurovision” Mahnı Müsabiqəsi bu il mayın 6-da bayraq siyasətinə dəyişiklik edib. Dəyişikliyə əsasən, BMT-ə üzv və Avropa Birliyinə daxil olan ölkələri sıyahısına əlavə olaraq, müsabiqəyə qatılan iştirakçılar milli, regional və yerli bayraqlarından istifadə edə bilərlər.
Avropa Yayım Birliyi tamaşaçıların musiqi müsabiqəsində digər bayraqlara daha çox tolerant yanaşma nümayiş etdirməyi və müsabiqənin qeyri-siyasi xüsusiyyətinə hörmətlə yanaşmağı, həmçinin kamera görüntüsünə qəsdən maneə törətməməyi təklif edib.
Petisiya
Bu arada Ermənistanı müsabiqədən kənarlaşdırmaq çağırışı ilə Change.org saytında petisiya yaradılıb.
Onun müəllifləri Ermənistanı “sülh və həmrəyliyi təbliğ edən, müxtəlifliyi dəyərləndirən” şounu “siyasiləşdirməkdə” ittiham edirlər.
Məlumatın dərc olunması anlarında sənədin altında 5 mindən artıq imzanı görmək olar.

Müəllif:

Oxşar xəbərlər