“SilkWay” aviaşirkətinə məxsus təyyarənin Əfqanıstanda qəzaya uğraması ilə bağlı əlavə dəqiqləşdirici məlumatın toplanması aparılır və digər zəruri tədbirlər görülür".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
O qeyd edib ki, “SilkWay” aviaşirkətinə məxsus olan təyyarənin Əfqanıstanda qəzaya uğraması ilə bağlı Xarici İşlər Nazirliyi “SilkWay” aviaşirkəti ilə əlaqələndirilmiş şəkildə Əfqanıstanın Xarici İşlər Nazirliyi və Bakıdakı səfirliyi, eləcə də Əfqanıstana akkreditə olunan Azərbaycanın Türkmənistandakı səfirliyi Əfqanıstan tərəfi ilə təmasdadır: "Hadisə ilə əlaqədar əlavə dəqiqləşdirici məlumatın toplanması aparılır və digər zəruri tədbirlər görülür".
Səxavət