ABŞ Müdafiə naziri Eşton Karter və Birgə Qərargahlar rəisi, general Martin Dempsi prezident Barak Obamanın İslam Dövləti qrupuna qarşı mübarizənin çətin olduğunu deməsindən bir gün sonra terrorçu qrupa qarşı mübarizə strategiyasını müzakirə edəcəklər.
Cənab Obama bazar ertəsi günü Müdafiə naziri Eşton Karter və yüksək rütbəli ordu komandirləri və kəşfiyyat rəsmiləri ilə Pentaqonda görüş keçirib. Görüş həftə sonu ABŞ-ın başçılıq etdiyi koalisiya qüvvələrinin İslam Dövləti qrupuna qarşı keçirdiyi hava hücumlarından sonraya təsadüf edir.
Cənab Obama ABŞ-ın quru qüvvələrinin İraqa göndərilməsi çağırılarına müqavimət göstərərək, bunun əvəzinə ölkəyə məsləhətçilər və təlimçilərdən ibarət qrupun göndərilməsinə təkid edir.
Ancaq bu yolla əldə olunan inkişaf məhduddur. İraq ordusu terrorçu qrupun nəzarətində olan ərazilərdə müvəffəqiyyət qazana bilmir.
Cənab Obama qrupun dünyanın hər yerindən insanları öz sıralarına cəlb etməyi bacardığını vurğulayaraq, İŞİD-lə mübarizənin daha geniş mənada "ürəklər və ağıllar"ın rəğbətini qazanmaqdan ibarət olduğunu deyib.