14 Yanvar 2016 09:23
1 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatı döyüşçüləri Türkiyənin Diyarbəkir bölgəsinin Çinar rayonunda eyni anda 3 terror aktı həyata keçiriblər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, terror aktları zamanı 5 nəfər həyatını itirib, 39 nəfər yaralanıb.

Məlumatlara görə, terrorçular polis şöbəsi, jandarm idarəsi və polis əməkdaşlarının xidməti mənzillərinə əldəqayırma partlayıcı və qumbaraatanlar vasitəsilə hücumlar təşkil edib.

Terror aktlarından sonra rayonda genişmiqyaslı anti-terror əməliyyatı başlanıb. Polisdən verilən məlumata görə, artıq 8 terrorçu zərrəsizləşdirilib.

Samir


Müəllif: