22 Mart 2016 18:48
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Silsilə terror aktlarından sonra Brüsseldə başlanan əməliyyatlarda 4 nəfər Belarus vətəndaşı saxlanılıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Belarus hüquq-mühafizə orqanlarının yüksək vəzifəli əməkdaşı məlumat verib:

"İvan və Aleksey Doşbaş Belarus vətəndaşıdır. Marat Yunusov isə Dağıstan əsillidir. O, bir neçə il əvvəl Belarus vətəndaşlığını alıb. Saxlanılanlar Brüssel polisi tərəfindən dindiriləcək".

Bu arada, hadisələr nəticəsində ölən və xəsarət alanlarla bağlı rəsmi məlumat yayılıb. Məlumatlara görə, terror aktları zamanı 34 nəfər həyatını itirib, 198 nəfər xəsarət alıb.

Samir


Müəllif:

Oxşar xəbərlər