14 İyun 2016 12:07
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin növbədənkənar iclası Azərbaycan dövlət himninin oxunması ilə öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, spiker Oqtay Əsədov müzakirələrə ehtiyacın olub-olmadığı ilə maraqlanıb.

Deputat Zahid Oruc isə bildirib ki, cari məsələlərin müzakirəsinə ehtiyac var.

Oqtay Əsədov isə Zahid Orucun bu fikirlərinə ironik münasibət ifadə edib: “Zahid Oruc, sənin sözün olmayan gün olubmu?”.

Bundan sonra parlament cari məsələlərə vaxt ayırmadan gündəlikdə duran qanun layihələrinin müzakirəsinə başlayıb.

Nemət


Müəllif:

Oxşar xəbərlər