Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Böyük Britaniyaya gedib.
Teleqraf.com-un əldə etdiyi xəbərə görə, partiya sədri iki gün əvvəl Bakını tərk edib. Onun Londona getdiyi və paytaxta bir aydan sonra dönəcəyi deyilir. ADP sədrinin London səfərinin istirahətlə bağlı olduğu deyilir. Qeyd edək ki, Sərdar Cəlaloğlunun övladı Böyük Britaniyada yaşayır və bu ölkənin vətəndaşıdır.
Cəlaloğlunun Böyük Britaniyaya getməsi xəbərini ADP-dən təsdiq ediblər.
Cavad