Millət vəkili, tarixçi, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı Azərbaycan Konstitusiyasında dəyişikliklər edilməsi haqqında referendum aktı layihəsinə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, M.Qasımlı deyib: "Azərbaycan Respublikasının Konstitusiyasına təklif edilən dəyişikliklər göz bəbəyimiz olan müstəqil dövlətimizin bundan sonra da daim güclü olmasına, vətəndaşlarımızın tək millət, tək dövlət, tək bayraq, tək ölkə, tək vətən şəraitində təhlükəsiz yaşamasına, dövlət-milli maraqlarımızın daha etibarlı qorunmasına, tərəqqisinə yönəlib. Xeyirli və uğurlu olsun".
Qeyd edək ki, Prezident İlham Əliyevin iyulun 18-də imzaladığı sərəncama əsasən, "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edilib.
Səxavət